+994 10 323 09 23 Bakı, Azərbaycan

PhD. Dr. Günay Qasımlı

Tibb Üzrə Fəlsəfə Doktoru
Üz-Çənə Cərrahı | İmplantoloq

ATU — Stomatoloji Fakültə2011–2016
İstanbul Universiteti — PhD2017–2024 · Ağız-Diş-Çənə Cərrahiyyəsi
Odontos AcademyMühazirəçi və kurs təşkilatçısı
Sağlam Gün Ay — ATVHəkim-ekspert qonaq

Peşəkarlıq, Dəqiqlik, Nəticə

Ağız-diş-çənə cərrahiyyəsi üzrə ixtisaslaşmış bir həkim olaraq məqsədim hər pasiyent üçün dəqiq diaqnostika aparmaq və elmi əsaslara söykənən müalicə yanaşması təqdim etməkdir.

Müayinə zamanı bütün mərhələləri aydın şəkildə izah edir və prosesi peşəkar standartlara uyğun aparıram. Səmimi və rahat ünsiyyət müalicə prosesinin daha anlaşılır və etibarlı olmasına kömək edir.

Davamlı inkişaf peşəkarlığın əsas şərtidir. Daim təkmilləşmək bir həkim üçün seçim deyil, məsuliyyətdir. Biliklərimi yeniləməkdə məqsədim hər zaman pasiyentlərimə daha təhlükəsiz, daha müasir və daha effektiv müalicə təqdim etməkdir.

İnvestisiya ilk növbədə öz biliyə və pasiyentin sağlamlığına edilir. Bu sahədə yeni nəsil avadanlıqlar, sertifikat və davamlı təhsil, rəqəmsal texnologiyalar — bunların hamısı pasiyent xidmətinin keyfiyyətini artırır.

Peşəkar Yol Xəritəsi

2011 – 2016

Azərbaycan Tibb Universiteti

Stomatoloji fakültəni uğurla bitirdi. Əsas stomatoloji bilik və bacarıqların formalaşması.

2017 – 2024

İstanbul Universiteti — PhD

Ağız-Diş-Çənə Cərrahiyyəsi ixtisası üzrə Tibb Üzrə Fəlsəfə Doktoru dərəcəsini aldı. 7 il ərzində ixtisaslaşmış klinik və elmi təcrübə qazandı. İmplantologiya, sümük augmentasiyası, yumşaq toxuma cərrahiyyəsi sahələrində dərin bilik əldə etdi.

2024 – Hazırda

Bakı — Klinik Praktika

Bakıda öz praktikasını davam etdirir. Dental implantasiya, sinus lift, sümük augmentasiyası, yumşaq toxuma cərrahiyyəsi və digər müasir prosedurları icra edir.

Davamlı

Odontos Academy — Mühazirəçi

Yumşaq toxuma cərrahiyyəsi, estetik diş əti bərpası, digital stomatologiya mövzularında nəzəri və praktiki kurslar təşkil edir. Həmkarlarının peşəkar inkişafına töhfə verir.

Media

Sağlam Gün Ay — ATV

ATV kanalının „Sağlam Gün Ay" proqramında həkim-ekspert qonaq olaraq ağıl dişləri, diş əti çəkilmələri, tam dişsiz çənələrdə implant tətbiqi və digər mövzularda müzakirələr apardı.

Klinik İxtisaslaşma

Geniş spektrli ağız-çənə cərrahiyyəsi prosedurları

Dental İmplantasiya

Tək diş implantı, çoxlu implantlar, dərhal yükləmə (immediate loading), All-on-4, All-on-6 konstruksiyalar.

Sinus Lift Əməliyyatı

Açıq və qapalı sinus lifting. Üst çənədə implant üçün sümük bazasının yaradılması.

Sümük Augmentasiyası

Vertikal və horizontal sümük artırma, autogen sümük grefti, guided bone regeneration (GBR).

Yumşaq Toxuma Cərrahiyyəsi

Connective tissue graft, sərbəst diş əti grefti, tunnel texnikası, diş əti çəkilmələrinin cərrahi müalicəsi.

Gülüş Estetikası

Gingivektomiya, tac boyu uzatma, lip repositioning, gingival peeling, gummy smile korreksiyası.

Digər Cərrahi Prosedurlar

Ağıl dişi çıxarılması, apikal rezeksiya, frenektomiya, gömülü dişlərin çıxarılması, bruksizm müalicəsi.

Beynəlxalq Sertifikatlar

Straumann, Nobel Biocare, Geistlich, VESTA Academy, OHi-S kimi prestijli təşkilatlardan 15+ sertifikat

AÇBID 2023 — Poster Təqdimatı

AÇBID-AsianAOMS 16th International Congress
May 2023 · Antalya

Zigoma İmplant — Kadavra Cərrahiyyəsi

Nobel Biocare / EOT
Fevral 2023 · İstanbul

Dental Sümük Cərrahiyyəsi — Kadavra Kursu

VESTA Academy
Mart 2021 · İstanbul

Dental İmplantologiyada Estetik Hədəflər

Straumann
Oktyabr 2021 · İstanbul
Bütün Sertifikatları Gör (15+)

Müayinəyə Yazılmaq İstəyirsiniz?

Müalicə planınız haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Randevu Al