İmplant və Cərrahi Xidmətlər

İtirilmiş dişlərin bərpasından sümük və diş əti problemlərinin aradan qaldırılmasına qədər bütün prosedurlar fərdi yanaşma ilə həyata keçirilir.

Dental İmplantasiya

İmplant, itirilmiş dişin yerinə sümüyə yerləşdirilən titan süni kökdür. Həm çeynəmə funksiyasını, həm də estetik görünüşü real dişə ən yaxın formada geri qaytarır.

İmplant sümüyə inteqrasiya olunaraq sabitlik yaradır və uzun illər problemsiz istifadə oluna bilən daimi həll hesab olunur. Çeynəmənin bərpası, rahat danışıq və estetik gülüş implant müalicəsinin əsas üstünlükləridir.

Çeynəmə rahatlığı bərpa olunur
Qonşu dişlər yonulmur
Sümük əriməsinin qarşısı alınır
Uzunömürlü və etibarlı
İmplant Haqqında Ətraflı
5000+
Uğurlu İmplant Əməliyyatı
Straumann implant sistemi ilə işləyirik

All-on-4 / All-on-6

Tam dişsiz çənələrdə minimum 4 implant yerləşdirməklə istənilən konstruksiyanı tətbiq etmək mümkündür.

All-on-4 / All-on-6 Konstruksiya

Çeynəyərkən narahatsınız? Gülüşünüz sizi utandırır? All-on-4 implant konstruksiyası ilə itmiş dişlərinizi geri qazanın.

Bu metod yüksək stabillik, güclü çeynəmə qüvvəsi və uzunömürlülük təmin edir. Dişsiz çənələrdə minimum 4 implant yerləşdirməklə sabit konstruksiya tətbiq olunur. Düzgün təyin edilmiş diaqnoz, uzunömürlü və komplekssiz təbəssüm deməkdir.

Funksional komfort, estetik tarazlıq və uzunmüddətli nəticə bir arada. Müalicə prosesi sabit müvəqqəti dişlərlə tamamlanır.

Sinus Lift

Üst çənədə implant üçün sümük hündürlüyü kifayət etmədikdə tətbiq olunan cərrahi prosedurdur. Sinus boşluğu ehtiyatla qaldırılır və sümük əlavə edilərək implant üçün möhkəm baza yaradılır. Diş uzun müddət əvvəl çəkildikdə və sümük əriməsi olduqda ehtiyac yaranır. Lokal keyitmə ilə icra olunur.

Sümük Augmentasiyası

Sümük həcmi kifayət qədər olmadıqda, implantın möhkəm oturması üçün vertikal və horizontal augmentasiya tətbiq olunur. Autogen sümük artırma proseduru ilə sümük həcmi artırılır, implant uzunömürlü olur, estetik və funksional gülüş təmin edilir.

Yumşaq Toxuma Cərrahiyyəsi

Diş əti çəkilməsi həm estetik, həm də klinik baxımdan əhəmiyyətli bir problemdir. Connective tissue graft, sərbəst diş əti grefti, tunnel texnikası ilə diş əti bərpası həyata keçirilir. Erkən diaqnostika olunduqda müalicəsi daha asandır.

Gingivektomiya və Gülüş Dizaynı

Dişlərinizin qısa göründüyünü və ya gülümsəyərkən diş ətlərinin həddindən artıq önə çıxdığını düşünürsünüz? Gingivektomiya proseduru ilə daha estetik, simmetrik gülüş qazanmaq mümkündür. Tac boyu uzatma, lip repositioning, gingival peeling.

Ağıl Dişi Çıxarılması

Ağızın arxa hissəsində ağrı, təzyiq və ya şişlik ağıl dişinin xəbərçisidir. İnfeksiya, təzyiq, diş əyriliyi kimi hallara səbəb ola bilər. Rentgen müayinəsi ilə dəqiq qiymətləndirmə aparılır və uyğun qərar verilir.

Apikal Rezeksiya

Kök ucu nahiyəsində yaranan infeksiya və problemləri aradan qaldırmaq üçün tətbiq olunan mikrocərrahi müdaxilədir. Kanal müalicəsi aparılsa belə infeksiya tam sağalmadıqda və ya təkrarladıqda dişi qorumaq üçün ən effektiv üsuldur.

Bruksizm Müalicəsi

Gecələr dişlərinizi sıxırsınız, səhər çənə və baş ağrısı ilə oyanırsınız? Bu bruksizmin əlamətidir. Vaxtında müdaxilə olunmasa dişlərin aşınmasına səbəb olur. Fərdi müalicə planları tətbiq edilir.

Dərhal Yükləmə (Immediate Loading)

İmplant istəyirsiniz, amma uzun müddət dişsiz qalmaq istəmirsiniz? Anında diş (Immediate Loading) adlanan müasir implant üsulu ilə eyni gündə implant və müvəqqəti dişlər qoyulur.

Hansı Müalicə Sizin Üçün Uyğundur?

Fərdi müayinə və düzgün planlama ilə sizin üçün ən doğru müalicə planını müəyyən edək.

Pulsuz Konsultasiya